Belarusda məmurlara hədiyyə qəbul etmək hüququ verilir, amma...

Belarusda məmurlara hədiyyə qəbul etmək hüququ verilir, amma...

Bu arada Baş Prokurorluğun Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin böyük prokuroru Sergey Boriskin, 2023-cü ildə Belarus məmurlarına 20 əsas vahidə (740 rubl) qədər hədiyyə qəbul etmək hüququ verildiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu BELTA xəbər verir.

Verilən xəbərlərə görə, məqbul hədiyyələrin qiymətinin artması Belarusun antikorrupsiya qanunvericiliyinə edilən dəyişikliklərlə bağlıdır. Əvvəllər Belarus rəsmiləri 5 baza vahidindən (185 rubl) çox olmayan ianələri (...gərək ki, bizdə buna fitrə deyirlər?-A.B). qəbul edə bilərdi.

Belə məhdudiyyətlər Baş Prokurorluğun nümayəndəsinin də aydınlaşdırdığı kimi, bütün işçilərə və dövlət məmurlarına bərabər tutulan dövlət qulluqçularının yaxın qohumlarına da şamil edilir.

Hədiyyələr rəsmi tədbirlərdə məmurlar tərəfindən alındıqda nəzərə alınır. Məbləğindən asılı olmayaraq bütün şəxsi hədiyyələr rüşvət almaq kimi təfsir edilə bilər.

Belə ki, bir məmurun aldığı hədiyyənin dəyəri 20 BV-dən çox olarsa, dövlətə keçməlidir.

“Yəni, protokol və ya digər rəsmi tədbir zamanı 20 BV-ə qədər olan hədiyyə alınarsa, məmurun bu hədiyyəni şəxsən saxlamaq hüququ var, onu dövlətə keçirmək lazım deyil”.

Böyük prokuroru Sergey Boriskin bunu belə “xırdalayıb”.

Hədiyyənin dəyəri gözlə deyil, mühasibin qiymətləndirməsi və hətta xüsusi komissiya əsasında müəyyən edilir, ona görə də yaxşı olar ki, donor qiyməti sənədlərlə təsdiqləsin.

Yeri gəlmişkən, bu günlərdə prezident Lukaşenko başda olmaqla bütün Belarus səlahiyyətliləri tibbi müayinədən keçiriləcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə