Priqojinə ABŞ-dan10 milyondan çox müraciət gəlib?

Priqojinə ABŞ-dan10 milyondan çox müraciət gəlib?

...10 milyondan çox ABŞ vətəndaşı “Vaqner” PMC özəl hərbi şirkətinə qoşulmaq üçün Priqojinə müraciət etdiyinə görə, o da rusiyalı məhbusların “səfərbərliyə” qəbulunu dayandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, belə bir açıqlama ilə fevralın 9-da “Vaqner”in təsisçisi Yevgeni Priqojin çıxış edib.

Priqojin bildirib ki, amerikalıların üzvlük üçün 10 milyon müraciəti səbəbindən Rusiya həbsxanalarından “Vaqner” PMC-ə könüllülərin cəlb edilməsi dayandırılıb. Onun sözlərinə görə, bu, “Vaqner” PMC haqqında Amerika auditoriyasına ünvanlanmış reklam çarxı yayımlandıqdan sonra baş verib.

“Amerika auditoriyasına yönəlmiş “Vaqner” PMC reklamının yayımlanmasından sonra NATO-ya qarşı mübarizə aparmaq üçün “Vaqner” PMC sıralarına qoşulmaq istəyən ABŞ vətəndaşlarından 10 milyondan çox müraciət aldıq”

Priqojin deyib bunu və əlavə edib ki, guya ABŞ Dövlət Departamentindən müvafiq müraciət olarsa, biz Amerikadan könüllülər cəlb edəcəyik.

Maraqlıdır ki, bir müddət bundan əvvəl rus saytları “Vaqner” PMC-nin rus məhbuslarının öz sıralarına cəlb edilməsini tamamilə dayandırdığını yazmışdılar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə