BMT-nin Qaçqınlar üzrə Agentliyi Özbəkistan hakimiyyətinin dəstəyi ilə Özbəkistanın Termez şəhərində yerləşən Beynəlxalq Çoxfunksiyalı Nəqliyyat və Logistika Qovşağı vasitəsilə Əfqanıstana 12 yük maşınında 48 mindən çox ədyal göndərib.
Qeyd edək ki, ədyallar ölkədəki sərt qışa görə daxili miqrantların və digər həssas insanların həyatını xilas etmək üçün göndərilib.
SİA-nın əldə etdiyi məlumata görə, xəbəri Özbəkistandakı ofisinin mətbuat xidməti yayıb.
BMT-nin Qaçqınlar üzrə Agentliyi Özbəkistan hökuməti ilə birlikdə Əfqanıstan xalqına mühüm humanitar yardım göstərməyə davam etmək üçün bütün səyləri göstərir. Bu, xüsusilə bu soyuq qışda çox vacibdir. Özbəkistan hökumətinin və Termizdəki yerli tərəfdaşların dəstəyi ilə BMT-nin Qaçqınlar üzrə Agentliyi Əfqanıstandakı qadın, uşaq və kişilərin təcili ehtiyaclarına sürətlə cavab verə bilir.
Qeyd edək ki, bunu BMT səlahiyyətlisi Frank Remus bildirib.
Ofisin məlumatına görə, Özbəkistan-Əfqanıstan sərhədindən iki kilometr aralıda yerləşən Termezdəki mərkəz Əfqanıstan, İran, Pakistan, Mərkəzi Asiya və onun hüdudlarından kənarda BMT-nin Qaçqınlar üzrə Agentlik əməliyyatlara dəstək üçün əsas konsolidasiya və göndərmə məntəqəsi kimi xidmət edir.
Qeyd edək ki, mərkəz 2021-2022-ci illərdə daşqın və zəlzələ kimi təbii fəlakətlərdən zərər çəkmiş köçkün ailələrinə 217 yük maşını humanitar yardım göndərib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB