"Qərb bizi “yıxa bilmədi”
Qərb dövlətlərinin Rusiya iqtisadiyyatı üşün yaratdığı müxtəlif çətinliklərin öhdəsindən Moskva uğurla gələ bilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, prezident Vladimir Putin ölkə iqtisadiyyatının hazırkı vəziyyətini belə dəyərləndirib.
Rusiya prezidentinin sözlərinə görə, bu gün Rusiyada bütün maliyyə sistemi, bütün sənaye sahələri, bütün xidmət sahələri işləyir, özü də ritmik və uğurla işləyir...
“...Və bu o deməkdir ki, biz böhranın öhdəsindən gəlmə mərhələlərini keçmişik. Bizim üçün yaratmağa çalışdıqları çətinliklərə baxmayaraq, biz irəliləyəcəyik”-deyən dövlət başçısının sözlərinə görə, beynəlxalq təşkilatlar etiraf etməlidirlər ki, Rusiya iqtisadiyyatı nəinki yaranmış çətinliklərin öhdəsindən gəlib, əksinə, bundan sonra daha da inkişaf edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB