Rusiyanın Novosibirsk vilayətində fevralın 10-da matəm elan olunub.
SİA-nın əldə etdiyi məlumata görə, bu gün səhər vilayətin Zayeltsevsk rayonunda beşmərtəbəli binada qaz sızmasından partlayış baş verib. Binanın iki girişi dağılıb, 8 nəfər həlak olub. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.
Hadisə yerinə fövqəladə hallar naziri Aleksandr Kurenkov gəlib. Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov fevralın 10-nu matəm günü elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB