ABŞ Asiya ölkələrinə neft-kimya məhsullarının istehsalı və tədarükü ilə məşğul olan altı İran, iki Sinqapur və bir Malayziya şirkətinə qarşı sanksiyalar tətbiq edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ İranın neft sektoru ilə əlaqəli olan 9 şirkəti sanksiyalar siyahısına daxil edib.
ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir ki, bu təşkilatlar neft-kimya məhsullarının istehsalı, satışı və Asiyada alıcılara çatdırılmasında mühüm rol oynayır.
Qeyd edək ki, ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalar altı İran şirkətinə, o cümlədən İslam Respublikasının ən böyük polietilen istehsalçısı Əmir Kəbir Neft-Kimya Şirkətinə təsir edəcək. Onu da qeyd edək ki, siyahıda iki Sinqapur və bir Malayziya təşkilatı var.
Yeri gəlmişkən ötən həftə ABŞ PUA istehsal edən Paravar Pars şirkətinin səkkiz iranlı əməkdaşını sanksiyalar siyahısına daxil edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB