...Dünya brendləri Rusiyadan gedəndən sonra ölkədə heç nə çökməyib, heç nə dağılmayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyasının prezidenti fevralın 9-da Strateji Təşəbbüslər Agentliyinin Müşahidə Şurasının iclasında bildirib.
Putinin dediyinə görə, bir çox xarici şirkətlər öz hökumətlərinin təzyiqi ilə Rusiya bazarını tərk edirlər.
...Ancaq bizim bazarlarımızı itirdiyinə görə onlar böyük itkilərə məruz qalırlar. Təbii ki, bu onların seçimidir, bu onların qərarıdır. Amma mən dəqiq bilirəm ki, onların bir çoxu bunu heç bir zövq almadan edirlər. Əslində bu başa düşüləndir. Axı kim böyük səy və vəsaitləri hesabına yatırılmış bizneslərini itirmək istəyər?
Qeyd edək ki, Putinin dediklərini Kremlin mətbuat xidməti yayıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl Vladimir Putin Qərbin Rusiya iqtisadiyyatının məhvi ilə bağlı hesablamasının baş tutmadığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB