Zəlzələlərdə həyatını itirənlərin sayı 16 mini keçdi

Zəlzələlərdə həyatını itirənlərin sayı 16 mini keçdi

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 16 min 170-ə yüksəlib.

SİA bir daha xatırladır ki, fevralın 6-da zəlzələlərin vurduğu fəlakət bölgəsinə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələlərdə can itkisinin 16 min 170, yaralı sayının isə 64 min 194-ə yüksəldiyini açıqlayıb.

Dağılmış 6444 binanın dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.

Axtarış-xilasetmə işləri də daxil olmaqla, bölgədə 113 min 201 şəxsi heyət çalışır.

Bölgəyə sövq edilən 94 mindən çox ailə yaşayış çadırının böyük hissəsi qurulub.

Rayona 95 səyyar mətbəx, 79 iaşə maşını, 1 şorbaxana, 4 səyyar soba, 39 sahə mətbəxi, 1 konteyner mətbəxi və 86 xidməti maşın göndərilib.

AFAD 9 fevral saat 11.38 etibarilə Kahramanmaraş mərkəzli zəlzələlərdən təsirlənən rayonlardan quru, dəmir və hava yolları ilə 28 min 44 adamın təxliyə edildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə