Avropa İttifaqının üzvü olan ölkələr Ukraynaya hərbi təyyarələr, eləcə də daha uzun mənzilli raket sistemləri verməlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu çağırışı bu gün, fevralın 9-da Avropa Parlamentinin rəhbəri Roberta Metsola edib.
Belə ki, Brüsseldə Avropa Parlamentinin fövqəladə iclasında Zelenski ilə görüşü zamanı təşkilatın rəhbəri Roberta Metsola, Avropa İttifaqı ölkələrini Kiyevi uzaqmənzilli raket sistemləri və qırıcı təyyarələrlə təmin etməli olduğunu bildirib.
“Avropa İttifaqı ölkələri azadlığı müdafiə etmək üçün sizə lazım olan uzaq mənzilli raket sistemləri və döyüş təyyarələrinin çatdırılmasını növbəti addım kimi görməlidir”.
Deyim ki, bunu Zelenskiyə xitabən deyən Metsola bir daha Ukraynaya lazım olduğu qədər dəstək verilməli olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB