İndoneziyada zəlzələ, ölənlər var

İndoneziyada zəlzələ, ölənlər var

İndoneziyanın Papua əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.

SİA Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Geoloji Tədqiqat Xidməti (USGS) məlumat yayıb: “Papuanın şimal sahilində yerləşən Cayapurada 5,1 bal gücündə zəlzələ baş verib. Ocağı 22 kilometr yerin altında olan zəlzələdə “üzən restoran”ın dənizə aşması nəticəsində 4 nəfər həyatını itirib. Ərazidəki bəzi binalar və klinikalar dağılıb”.

Qeyd edək ki, 2004-cü ildə İndoneziyanın Aceh bölgəsində baş verən zəlzələdən sonra təxminən 170.000 insan həyatını itirib.

28 sentyabr 2018-ci ildə Sulavesi adasındakı Palu körfəzində baş verən və Donqala, Palu, Sigi bölgələrində dağıntılara səbəb olan 7,5 bal gücündə zəlzələ və sunami nəticəsində isə 4340 nəfər həyatını itirib.

21 noyabr 2022-ci ildə İndoneziyanın Qərbi Yava əyalətinin Ciranjang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündəki zəlzələdə isə 331 nəfər həyatını itirib, 600-ə yaxın insan yaralanıb.

Sakit okean hövzəsinin “Alov halqası” zonasında yerləşən İndoneziya dünyada təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələrdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə