Avropa İttifaqı liderlərindən prezident Ərdoğana məktub

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Türkiyədə baş verən zəlzələlərlə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıblar.
Avropa İttifaqı liderlərindən prezident Ərdoğana məktub

Belçikanın paytaxtı Brüsselin ev sahibliyi ilə təşkil edilən Avropa İttifaqı Liderlər Zirvəsi 6 fevralda baş verən və episentrı Kahramanmaraş olan zəlzələlərdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək öz işinə başlayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, yığıncaqda liderlər prezident Ərdoğana ünvanlanmaq üzrə məktub qələmə veriblər.

Məktubda deyilir: “Xalqınız ürəkağrıdan bir sınaqdan keçir. Aİ liderləri olaraq zəlzələlərdə həyatını itirənlər üçün başsağlığı veririk. Ürəyimiz yaxınlarını itirənlər və ya xilas edilmələrini gözləyənlərlə birlikdədir. Fəlakətdə yaralananlara təcili şəfa diləyir, Türkiyəyə başsağlığı verir və və zamana qarşı yarışan xilasetmə qruplarının əməyini alqışlayırıq. Avropa İttifaqı və üzv ölkələr bu çətin günlərdə Türkiyə və Suriya xalqlarının yanındadır”. Yardımlarımızın ən qısa müddətdə çatdırılması üçün əlimizdən gələn səyi edirik. İsveçin, Avropa İttifaqı Komissiyası və alyansın müddətli prezidenti olaraq beynəlxalq ictimaiyyətdən maliyyə dəstək toplamaq üçün mart ayında donorlar konfransı təşkil etmək təşəbbüsü davam edir. Türkiyə səlahiyyətliləri ilə yaxın koordinasiya çərçivəsində dəstəyimizi artırmağa hazırıq. Ürəyimiz sizinlə və xalqınızla birlikdə olmağa davam edəcək”-deyə məktubda dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə