Putin Əfqanıstandakı mövcud vəziyyəti təhlil etdi

Paytaxt Moskvada müxtəlif ölkələrin təhlükəsizlik qurumlarının nümayəndələri ilə Əfqanıstanla bağlı keçirilən toplantıda V.Putin deyib...
Putin Əfqanıstandakı mövcud vəziyyəti təhlil etdi

Rusiya prezidenti Vladimir Putin ABŞ ordusunun çıxmasından sonra beynəlxalq terror təşkilatlarının Əfqanıstanda fəaliyyətlərinin artdığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, paytaxt Moskvada müxtəlif ölkələrin təhlükəsizlik qurumlarının nümayəndələri ilə Əfqanıstanla bağlı keçirilən toplantıda V.Putin deyib: “Dünyada çoxlu qarşıdurmalar var. Biz bunu bilirik. Lakin bu, Əfqanıstandakı vəziyyətin ağırlığını azaltmır. Əfqanıstan bizim üçün həmişə vacib olub və bu gün də ikiqat vacibdir. Çünki biz cənub sərhədlərimizdə daha çox gərginlik nöqtələrinin olmasını istəmirik.

Təəssüf ki, ABŞ ordusu çıxdıqdan sonra Əfqanıstanda vəziyyət yaxşılaşmadı. Beynəlxalq terror təşkilatları Əfqanıstanda fəaliyyətlərini artırmaqdadır, o cümlədən, Əl-Qaidə potensialını artırıb.

Bəzi ölkələr beynəlxalq terrorizmlə mübarizə bəhanəsi ilə Əfqanıstanda varlığını artırmağa çalışır.

Əfqanıstanda humanitar vəziyyət də günü-gündən pisləşir: 4 milyona yaxın adamın yardıma ehtiyacı var.

Narkotik ticarəti də artır və təəssüf ki, bu baxımdan əkin sahələri artır. Qlobal bazarda tiryəkin 80 faizi Əfqanıstandan gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə