Rusiyalı spikerdən Avropaya “xəbərdarlıq”?

Rusiyalı spikerdən Avropaya “xəbərdarlıq”?

Ukrayna hərbçilərinin Qərb ölkələrinin verdiyi ağır silahlardan istifadə etməsi Rusiyanı xüsusi əməliyyat çərçivəsində “Avropaya doğru getməyə” məcbur edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin plenar iclasda bildirib.

“Əgər xüsusi hərbi əməliyyat başlamasaydı, pəncərələrimizin altından partlayışlar səslənərdi. Ukraynada ağır silahlardan istifadə bizi Avropaya doğru getməyə məcbur edəcək ki, onları Avropanın hökmdarları olan ABŞ prezidenti Cozef Baydendən qoruyaq. Və onlar başa düşməlidirlər ki, bizim xalqımız, Rusiya Federasiyasının vətəndaşları bu mövqedə həmrəydirlər. Çünki artıq qorxanlar gedib, məsuliyyətini dərk edənlər isə qalıb”, - deyə rusiyalı spiker bildirib.

Volodin əlavə edib ki, Rusiyadakı bütün siyasi partiyalar, soldan sağa, bu məsələyə bir baxış bucağı var.

...Rusiya Qərbin Ukraynaya silah tədarükünün çeşidinə heç bir məhdudiyyət qoymamasını narahatlıqla müşahidə edir.

Qeyd edək ki, bunu isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə