Macarıstanın baş naziri Orban Zelenskini alqışlamaqdan imtina edib?
Macarıstanın baş naziri Viktor Orban Brüsseldə Avropa İttifaqı liderlərinin birgə fotosundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskini alqışlamaqdan imtina edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Zelenski Avropa Şurasının rəhbəri Şarl Mişellə birlikdə Avropa liderlərinə yaxınlaşanda Orbandan başqa hamı əl çalmağa başlayıb.
Xatırladaq ki, Viktor Orban əvvəllər Ukraynanı Əfqanıstanla müqayisə edərək, onun suveren dövlət kimi yaşamaq qabiliyyətini şübhə altına almışdı.
O, həmçinin, Avropaya daha çox zərər vuran anti-Rusiya sanksiyalarını dəfələrlə tənqid də edib.
Qeyd edək ki, bundan başqa, Macarıstan və Ukrayna arasında Zakarpatiyada yaşayan etnik macarlar məsələsində də ciddi fikir ayrılıqları var. Belə ki, Budapeşt etnik macarların Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilməsini tənqid edib.
Yeri gəlmişkən, Macarıstan hakimiyyəti Kiyevi milli azlıqlara təzyiq məsələsini həll etməkdən imtina edəcəyi təqdirdə, Ukraynanın Avropa İttifaqına üzvlüyünü ratifikasiya etməyəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB