Türkiyənin xarici nümayəndəliklərində başsağlığı dəftərləri açılıb
Fevralın 6-da episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və 10 vilayətdə baş verən zəlzələlərdən sonra Türkiyənin xaricdəki nümayəndəliklərində açılan matəm dəftərlərinə bəzi Avropa liderləri və hökumət rəsmiləri başsağlığı mesajları və türk xalqı ilə həmrəylik mesajları yazıblar. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Nyu-Yorkdakı Türkəvində açılan matəm dəftərinə “Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm” yazıb.
Türkiyə xalqının suriyalı qaçqınlara qarşı böyük səxavətinin şahidi olduğunu bildirən Quterreş “Milyonlarla qaçqın qəbul edildi, qorundu, onlarla hər şey paylaşıldı. Bu səxavətli əhali indi beynəlxalq ictimaiyyət tərəfindən eyni həmrəyliyə və öhdəliyə layiqdir” deyib.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan, Yunanıstanın Vaşinqtondakı səfiri Aleksandra Papadopulou, bəzi konqres üzvləri və iş adamları zəlzələ ilə əlaqədar Türkiyənin Vaşinqtondakı səfirliyini ziyarət edərək, başsağlığı verib və şəfa mesajlarını paylaşıblar, matəm dəftərini imzalayıblar.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell də Türkiyenin Brüsseldəki səfirliyinə gedərək zəlzələ fəlakəti ilə əlaqədar açılan matəm dəftərinə ürək sözlərini yazıb.
Borrell başsağlığı verərək, "Aİ-nin güclü həmrəyliyinə etimad edə bilərsiniz. Bu faciədə Türkiyə və Suriya xalqının yanındayıq" deyib.
Rumıniya Prezidenti Klaus İuohannis həyatını itirənlərə başsağlığı vermək üçün Türkiyənin Buxarestdəki səfirliyini ziyarət edib.
Burada açılan matəm dəftərini imzalayan İoahannis deyib:
"Zəlzələdən zərər çəkənlərə yardım kampaniyaları başlasa da, qruplar da işlərə dəstək olmaq üçün zəlzələ bölgəsinə gedir. Türkiyədə baş verən bu zəlzələlərdən zərər çəkən minlərlə zəlzələ qurbanı və onların ailələri ilə birlikdə yaralılara şəfalar arzulayırıq. Rumıniya Türkiyə ilə həmrəydir. Komandalarımız və tibb işçilərimiz sağ qalanları və onların ailələrini axtarır. Onlar artıq kömək etmək üçün oradadırlar. Bu dərin kədər anında türk millətinin gücü qalib gələcək”.
İsveçin Bbaş naziri Ulf Kristersson da zəlzələlərdə həyatını itirənlərə başsağlığı vermək üçün Türkiyənin Stokholmdakı səfirliyini ziyarət edib.
Açılan matəm dəftərini imzalayan Kristersson, "Türkiyədə baş verən zəlzələdən sonra həyatını itirənlərin ailələrinə və Türkiye xalqına başsağlığı verirəm. Ürəyim yaralıların ailələri ilədir" deyib.
Türkiyenin Afina səfirliyində açılan matəm kitabını Yunanıstan xarici işlər nazirinin müavini Miltiadis Varvicyotis Yunanıstan hökuməti adından imzalayıb.
Varvicyotis bunları yazıb:
"Yunanıstan xalqı və Yunanıstan hökuməti adından Türkiyədə baş verən iki fəlakətli zəlzələ nəticəsində faciəvi şəkildə həyatını itirən insanlar üçün Yunanıstan xalqı və Yunanıstan hökuməti adından başsağlığı verirəm. Yunanıstan həmrəylik göstərir və insanların həyatını xilas etmək üçün mümkün olan hər şeyi edəcəkdir”.
Varviçyotis başsağlığı kitabında yazdığı mesajda türkcə "Tez sağal Türkiyə!" ifadəsinə də yer verib.
Türkiyenin Zaqrebdəki səfirliyində açılan matəm kitabını Xorvatiyanın Baş naziri Andrey Plenkoviç də imzalayıb və türk xalqına başsağlığı verib.
Bosniya və Herseqovinada Sarayevo Kantonu səlahiyyətliləri Türkiyənin Sarayevo səfirliyində açılan matəm kitabını imzalayıblar.
İrlandiya Prezidenti Michael Higgins də Türkiyənin Dublin səfirliyini ziyarət edərək başsağlığı diləklərini çatdırıb, türk xalqı ilə birlik və həmrəylik içində olduqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



