Amerikanın “SpaceX” şirkəti Ukrayna hərbçilərinin dronları idarə etmək üçün “Starlink” peyk internetindən istifadə edə bilməməsi üçün tədbirlər görüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Reuters” yazır.
Qeyd edək ki, şirkət prezidenti Qvinn Şotvell, Ukrayna ordusuna Rusiya ordusundan qorunmaq üçün verilən “Starlink” peyk internetinin “...heç vaxt silah kimi istifadə olunmaq üçün nəzərdə tutulmadığını” deyib.
“Onların bunu etmək qabiliyyətini məhdudlaşdırmaq üçün edə biləcəyimiz şeylər var ki, biz artıq bunları etdik”-deyən Şotvell, amma “SpaceX”-in girişi məhdudlaşdırmaq üçün hansı xüsusi tədbirlər gördüyünü açıqlamayıb.
“Starlink” pilotsuz təyyarələrinin istifadəsi “SpaceX”-in Ukrayna hökuməti ilə bağladığı razılaşmanın əhatə dairəsindən kənardadır.
Şotvel, müqavilənin xəstəxanalara, banklara və Rusiyanın işğalından zərər çəkmiş ailələrə genişzolaqlı internet təmin etmək kimi humanitar məqsədlər üçün olduğunu söyləyib.
“Biz bilirik ki, ordu onlardan kommunikasiya üçün istifadə edir və bu yaxşıdır. Amma biz onlardan hücum məqsədilə istifadə etmələrini heç vaxt istəməmişik”.
Bunu da şirkət prezidenti bildirib.
Qeyd edək ki, 2022-ci ilin payızında İlon Mask və onun “SpaceX” şirkəti artıq Ukraynada “Starlink” xidmətləri üçün ödəniş edə bilməyəcəklərini elan etmişdilər: Ukrayna ordusu bu rabitə sistemlərindən fəal şəkildə istifadə edir. Bundan əvvəl Ukrayna hərbçiləri bir-biri ilə əlaqə saxlamaq, kəşfiyyat məlumatları almaq və pilotsuz uçuş aparatlarına nəzarət etmək üçün istifadə etdikləri “Starlink”in işindəki fasilələrdən şikayətlənirdilər.
Onu da qeyd edək ki, həmən ərəfədə Mask Pentaqona məktub yazaraq, Kiyevi peyk rabitəsi ilə pulsuz təmin etməsi ilə bağlı baş verdiyi iddia edilən çoxmilyonlarla dollar itkiləri barədə məlumat verib və xərclərin heç olmasa bir hissəsini ABŞ vergi ödəyicilərinə keçirməyi təklif etmişdi.
Maraqlıdır ki, bu məktub bütün dünyada istifadəçilərin səs-küyünə səbəb olmuşdu. Belə ki, “səs-küy salanlar” Maskın zərərin məbləğini şişirtməkdə günahlandırdılar və bütün dünya üzrə könüllülər bu xərcləri birgə maliyyələşdirməyi təklif etdilər.
Yeri gəlmişkən,Maskın sözlərindən və “SpaceX”-in Pentaqona müraciətindən sonra ABŞ prezident administrasiyası müttəfiqləri ilə birlikdə Ukraynanı peyk rabitəsi ilə təmin etmək imkanlarını araşdırır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB