Zəlzələ nəticəsində həlak olanların sayı 14 mini ötüb

Zəlzələ nəticəsində həlak olanların sayı 14 mini ötüb

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 14 min 351-ə yüksəlib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, vitse-prezident Fuat Oktay fevralın 6-da zəlzələlərin ziyan vurduğu fəlakət bölgəsində can itkisinin 14 min 351-ə, yaralı sayının isə 63 min 794-ə yüksəldiyini açıqlayıb.

Dağıntılar altında qalan 6 min 444 binanın axtarış-xilasetmə işləri davam edir.

Axtarış-xilasetmə işçiləri də daxil olmaqla, bölgədə 113 min 201 şəxsi heyət çalışır.

Bölgəyə göndərilən 94 mindən çox ailə yaşayış çadırından 73 min 11-i qurulub.

Bölgəyə 95 səyyar mətbəx, 79 iaşə maşını, 1 şorbaxana, 4 səyyar soba, 39 sahə mətbəxi, 1 konteyner mətbəxi və 86 xidmət maşın göndərilib.

Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi - AFAD bu gün saat 11.38 etibarilə episentri Kahramanmaraş olan zəlzələlərdən təsirlənən şəhərlərdən quru, dəmir yolu və hava yolu ilə 28 min 44 adamın təxliyə edildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə