Hatayda 2 yaşlı uşaq 79 saat sonra dağıntılar altından xilas edilib - FOTO
Hatayda dağıntılar altında qalan 2 yaşlı Mert Tatar zəlzələdən 79 saat sonra xilas edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qruplar səs eşitdikləri dağıntıda axtarış əməliyyatı həyata keçirib.
Betonu divar qazma alətləri ilə kəsərək dəhliz yaradan qruplar uzun mübarizədən sonra 2 yaşlı Mert Tatarı tapıblar.
Zəlzələdən 79 saat sonra dağıntılar altından xilas edilən Tatar təcili yardımla xəstəxanaya aparılıb.
Bölgədə işlər davam etdirilir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB