Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Ankaraya gətirilən 351 yaralı 6 xəstəxanada müalicə altına alınıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ qurbanlarını günorta saatlarından etibarən təcili yardım təyyarələri Adıyaman hava limanından yaralıları Ankara və İstanbuldakı xəstəxanalara çatdırmağa davam edir.
Bu gün saat 10:00-a olan məlumata görə, Ankara xəstəxanalarında 351 yaralıya tibbi yardım göstərilib. Yaralılardan 130-u Ankara Bilkənd şəhərində, 194-ü Ankara Etlik şəhərində, 12-si Ankara Gülhanə Təhsil və Araşdırma, 11-i Hacettepe Universiteti Tibb Fakültəsində, 3-ü Qazi Universiteti Tibb Fakültəsində, 1-i Ankara Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunub.
Zəlzələ bölgəsindən yaralıların göndərilməsinin gün ərzində davam edəcəyi öyrənilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB