Təxribat xarakterli paylaşımlar edən şəxslər saxlanılıb- Türkiyə DİN

Təxribat xarakterli paylaşımlar edən şəxslər saxlanılıb- Türkiyə DİN

Türkiyədə sosial media platformalarında zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 274 nəfər aşkarlanıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 31 nəfər saxlanılıb, 9-u barədə həbs qərarı çıxarılıb. Məlumata görə, vətəndaşların xeyirxahlığından sui-istifadə etmək istəyən saytlar bağlanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə