Dağıntılar altında qalan qadın zəlzələdən 75 saat sonra çıxarıldı

Dağıntılar altında qalan qadın zəlzələdən 75 saat sonra çıxarıldı

Adanada zəlzələ nəticəsində çökən binanın dağıntıları altında qalan qadın zəlzələdən 75 saat sonra çıxarılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Kahramanmaraşda olan 10 vilayətdə baş verən zəlzələlərdən sonra şəhərdə dağılan binalarda axtarış-xilasetmə işləri davam edir.

12 mərtəbəli Zeray mənzilinin dağıntıları arasında inilti səsi eşidilib. Bu məqama diqqət yetirən qruplar təxminən yarım saatlıq işdən sonra qadını olduğu yerdən xilas edib.

Adının öyrənilməsi mümkün olmayan, lakin 48 yaşında olduğu bildirilən yaralı qadın sağlamlıq qrupları tərəfindən müalicə olunmaq üçün xəstəxanaya aparılıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə