Ötən gün Türkiyədə saat 13.24-də mərkəzi Elbistan olan daha 7,6 bal gücündə zəlzələ baş verib.
SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ baş verən ərazidə fövqəladə vəziyyət elan edilib. Türkiyə Fəlakət Müdaxilə Planı çərçivəsində 4-cü səviyyəli həyəcan siqnalı verilib. Bu, beynəlxalq yardımı əhatə edən siqnaldır.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB