“Bu işçilərin yaxşılığının əvəzini heç kim verə bilməz” - XİLAS EDİLƏN AİLƏ - FOTOLAR
Kahramanmaraşda baş verən zəlzələdən 73 saat sonra aralarında uşaq olan 3 nəfərlik ailə dağıntılar altından xilas edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış-xilasetmə işləri davam edir.
Dağıntılar altından səs eşidildikdən sonra Sakarya Böyükşəhər Bələdiyyəsi və Isparta Bələdiyyəsinin xilasetmə qrupları bölgəyə göndərilib.
Uzun prosesdən sonra Əli (55), həyat yoldaşı Zelal (40) və 5 yaşlı qızları Mir Berzan Bağış tapılıb. Dağıntılar altından çıxarılan yaralı ailə alqış və təbriklə qarşılanıb.
Zəlzələdən 73 saat sonra ailə təcili yardımla xəstəxanaya aparılıb.
Anne Zelal Bağış xilasetmə işlərində iştirak edən hər kəsə təşəkkür edib.
Bağış xoşbəxt olduğunu söyləyərək, "Yaxşı ki, varlar, Allah hamısından razı olsun. Fərqli bir hissdir. Xilas olacağımızı bilirdik” dedi.
Əli Bağış, "Bu işçilərin yaxşılığının əvəzini heç kim verə bilməz. Onlar insanların həyatını xilas edir. Onların zəhmətinin əvəzini heç kim verə bilməz" dedi.
Yaralıların xərəyə daşınması əsnasında Sakarya Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm Yüce də qruplara kömək edib. Yüce, jurnalistlərə etdiyi şərhdə, 73 saat sonra xilasetmə qruplarını təbrik edib.
Sakarya və İsparta komandasının dəstəyi ilə bir ailənin xilas edildiyini bildirən Yüce, "Uşaq çox xoşbəxt idi. Ölkəmizə başsağlığı verirəm. Biz qardaşlarımızın yanındayıq, Türkiyənin ürəyi burada döyünür" ifadələrindən istifadə etmişdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB