Qaziantepdə baş verən zəlzələdən 76 saat sonra dağıntılar altından iki nəfər xilas edilib. SİA Türkiyə mətbuatına xəbər verir ki, axtarış-xilasetmə işləri davam edir.
Mərkəz Batıkent məhəlləsində 14 mərtəbəli binanın dağıntıları arasından səs eşidildikdən sonra bölgədə işlər daha da intensivləşib.
Uzun sürən axtarışlardan sonra hələlik adları öyrənilməyən iki nəfərə sağ-salamat çatdırılıb.
Dağıntılar altından çıxarılan yaralı ailəsi alqış və təbriklə qarşılanıb.
Zəlzələdən 76 saat sonra yaralılar ilişib qaldıqları yerdən çıxarılaraq təcili yardım maşınları ilə xəstəxanaya göndərilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB