Hondurasda 5,9 maqnituda gücündə zəlzələ olub

Hondurasda 5,9 maqnituda gücündə zəlzələ olub

Fevralın 8-də Hondurasda 5,9 maqnituda gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Mərkəzi Amerika ölkələrində və Meksikanın cənubunda da hiss edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, zəlzələnin episentri Honduras körfəzinin sahilində olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib. Zəlzələ Türkiyə və Suriyadakı ardıcıl yeraltı təkanlar silsiləsindən iki gün sonra qeydə alınıb.

İlkin məlumatlara görə, zəlzələ Beliz, Salvador, Qvatemala, Honduras, Nikaraqua və Meksikada hiss edilib.

“El Heraldo de Honduras” qəzetinin yazdığına görə, yeraltı təkanlar 10 saniyə davam edib və ölkə əhalisi arasında təşvişə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə