Bosniya və Herseqovina Nazirlər Şurası zəlzələlərdən zərər çəkənlərə yardım məqsədilə Türkiyəyə təxminən 10 milyon türk lirəsi məbləğində vəsaitin ayrılması təklifini qəbul edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şuranın növbədənkənar iclasında sözügedən maliyyə yardımının zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə göndəriləcəyi bildirilib.
Həmçinin Bosniya və Herseqovinanın axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün bu vaxtadək zəlzələ bölgələrinə 129 nəfərlik heyət göndərdiyi də qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB