Avropa Birliyinin yeni mülki missiyası İrəvanda işə başlayır

Avropa Birliyinin yeni mülki missiyası İrəvanda işə başlayır

Avropa Birliyinin yeni mülki missiyası fevralın 20-də Ermənistanda fəaliyyətə başlayacaq.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Fransa parlamentinin deputatı Natali Luazo bildirib.

Qanunvericinin sözlərinə görə, o, həmin gün Ermənistana gələcək.

Luazo, həmçinin İrəvanın missiyaya dəstəyini və əməkdaşlıq etmək istəyini yüksək qiymətləndirib.

Fransalı deputat, müşahidə missiyasının Avropa İttifaqının yer üzündə “gözü və qulağı” rolunu oynayacağını bildirib.

O, Bakının “missiya ilə yaxşı niyyətli əməkdaşlıq” edəcəyinə də ümid etdiyini bildirib.

Onun sözlərinə görə, missiyanın işində Fransadan səkkiz jandarm da iştirak edəcək.

Yeri gəlmişkən xatırladaq ki, yanvarın 23-də Avropa İttifaqı Şurası Ermənistana uzunmüddətli mülki missiya göndərmək qərarına gəlib və bu missiyaya yüzə yaxın adam daxildir.

Qeyd edək ki, onun mandatı iki il müddətində qüvvədə olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə