Dzyuba “Lokomotiv”ə keçdi

Dördqat Rusiya futbol çempionu hücumçu Artem Dzyuba Moskvanın "Lokomotiv"i ilə müqavilə imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri klub öz Telegram kanalında yayıb.

2022-ci ilin noyabrında tərəflərin qarşılıqlı razılığı ilə futbolçu avqust ayından çıxış etdiyi Türkiyənin “Adana Dəmirspor” klubu ilə müqaviləyə xitam verib və o vaxtdan azad agent statusundadır.

2021/22 mövsümünün Rusiya çempionatı başa çatdıqdan sonra Dzyuba 2015-ci ilin yayından çıxış etdiyi Sankt-Peterburqun “Zenit” klubundan ayrıldığını açıqlamışdı.

Yeri gəlmişkən qeyd edək ki, Artem Dzyuba Rusiya Premyer Liqası tarixinin bombardiridir. O, Alexander Kerjakov ilə birlikdə Rusiya milli komandasının tarixində bombardirlər siyahısında birinci yeri bölüşürlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə