Rusiya Xarici İşlər Nazirliyi hər zaman olduğu kimi, bu dəfə də “cavaba-cavab” prinsipini əsas tutaraq 77 ABŞ vətəndaşını “dayandırma” siyahısına daxil edib. Onların arasında bir neçə ştat qubernatoru, federal departamentlər, eləcə də Ukraynaya silah tədarükü ilə məşğul olan şirkətlər var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edək k, nazirlik, məhdudiyyətlərin “qara siyahı”dakı siyasətçi və məmurların bəzi ailə üzvlərinə də şamil ediləcəyini bildirib.
Yuxarıda da qeyd edtdiyimiz kimi, bu qərar Vaşinqtonun şəxsi sanksiyalar tətbiq olunan Rusiya vətəndaşlarının siyahısını genişləndirməsinə “cavab olaraq” qəbul edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB