Britaniya hökuməti bu gün səkkiz yeni şəxs, altı müdafiə şirkəti və informasiya texnologiyaları sahəsinə aid olan “Moskomsvyaz” da daxil olmaqla, Rusiya əleyhinə sanksiyaların siyahısını yeniləyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin fevralın 8-də rəsmi portalda dərc olunmuş bəyanatında deyilir.
Qeyd edildiyi kimi, Böyük Britaniya Rusiyadan olan 15 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Kimdir bunlar?
Beləliklə, Rusiya Federasiyasının Prezidenti yanında Sahibkarların Hüquqları üzrə Müvəkkili Boris Titov, “Delovaya Rossiya” ictimai təşkilatının rəhbəri Pavel Titov və “Regnum” agentliyinin sahibi Sergey Rudnov Britaniyanın “qara siyahısı”na salınıb.
“Aerostart” şirkətinin sahibi Viktor Myaçin, “R-Pharm” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Aleksey Repik, SO UES ASC-nin Direktorlar Şurasının sədr müavini Yevgeni Şklov və “Rossiya Bank”ın səhmdarı Svetlana Krivonoqix da sanksiyalara məruz qalıblar.
Bundan əlavə, Britaniya PUA-ların rus istehsalçısı olan “Zala Aero”-ya qarşı sanksiyalar tətbiq edib. Siyahıda həmçinin Rostekhkomplekt, Oboronlogistics, Topaz, Universalmaş zavodu və Lipetsk Mexanika Zavodu MMC də var.
Bütün bunlarla yanaşı, sanksiyalar “Moskomsvyaz” şirkətinə də təsir edib.
Britaniya Xarici İşlər Nazirliyi bu şirkətlərin Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatda iştirak etdiyini iddia edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB