Amerikalı polkovnik Dudanı Krımla bağlı planına görə ələ salıb?

Amerikalı polkovnik Dudanı Krımla bağlı planına görə ələ salıb?

Pentaqon rəhbərinin keçmiş müşaviri, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor Polşa prezidenti Anjey Dudanın Krımı ələ keçirməkdə Ukraynaya və onun prezidenti Zelenskiyə yardım etmək planları ilə bağlı sualına “istehza edib”..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl amerikalı polkovnik “Judging Freedom” YouTube kanalına müsahibə verib.

Qeyd edək ki, kanal əməkdaşı Makqreqordan Polşa prezidenti Dudanın ABŞ hakimiyyətinə Ukrayna lideri Vladimir Zelenskinin Krım yarımadasını Ukraynaya qaytarmaq planlarına birgə kömək və dəstək verməyə çağırışı ilə bağlı fikirlərini soruşub.

“...Polşa prezidenti istəyir ki, Amerika qoşunları Polşa qoşunları ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinə Krımı ələ keçirməyə kömək etsin, lakin bu, mümkün deyil. Bu barədə danışmaq belə onun dəliliyidir”- deyə amerikalı hərbçi bildirib.

Pentaqonun keçmiş müşaviri əlavə edib ki, Polşa bütün gücü ilə NATO və ABŞ-ı Ukrayna münaqişəsinə cəlb etməyə çalışır. Axı məhz Varşava Şimali Atlantika alyansının nizamnaməsinin bir və ya bir neçə NATO ölkəsinə hücumun bütövlükdə alyansa hücum kimi qiymətləndiriləcəyi barədə beşinci maddəsini dəfələrlə xatırladıb.

Makqreqor görə, bu gün bütün digər NATO ölkələri (Baltikyanı ölkələr istisna olmaqla-A.B.) Polşanın bu istəklərini bölüşmür və birbaşa Rusiya ilə döyüşmək istəmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə