Müəllim 49 saat sonra dağıntılar altından xilas edildi

Müəllim 49 saat sonra dağıntılar altından xilas edildi

Türkiyənin Hatay bölgəsində baş vermiş dəhşətli zəlzələdən sonra dağıntılar altında qalanların çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarışlar zamanı 49 saat uçqun altında qalan şəxs xilas edilib.

İxtisasca müəllim olan vətəndaşın sağ çıxarılması ətrafdakı insanlar tərəfindən alqışlarla qarşılanıb.
O, müayinə üçün xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə