Osmaniyədə 44 saat sonra gələn möcüzə!

Osmaniyədə 44 saat sonra gələn möcüzə!

Episentri Kahramanmaraşın Pazarcık və Elbistan vilayətlərində olan və ümumilikdə 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra bölgədə fəaliyyət göstərən axtarış-xilasetmə qrupları 10 mərtəbəli yaşayış binasının dağıntıları arasından səs eşidib.

Axtarış-xilasetmə itindən istifadə edən qruplar Ümit Kırcalıyanı xilas edib. Zəlzələdən 44 saat sonra dağıntılar altından çıxarılan Kırcalı ilk müdaxilədən sonra Osmaniyə Dövlət Xəstəxanasına aparılıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə