46 saat sonra dağıntılar altından sağ-salamat xilas edildi

46 saat sonra dağıntılar altından sağ-salamat xilas edildi

Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 vilayətdə baş verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayda şəhər mərkəzində Atatürk küçəsində dağılan binaların dağıntıları üzərində axtarış-xilasetmə işləri davam edir. Merve adlı qadın dağılan 5 mərtəbəli binanın dağıntıları altından sağlamlıq qrupları tərəfindən sağ-salamat xilas edilib. Xərəyə daşınan Merve təcili yardımla xəstəxanaya aparılıb. Mervenin səhhətinin yaxşı olduğu və ayağından xəsarət aldığı bildirilib.

Mervenin nişanlısı və anasının hələ də dağıntılar altında olduğu öyrənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə