Zəlzələdə yaralanan 51 nəfər İstanbula gətirilib

Zəlzələdə yaralanan 51 nəfər İstanbula gətirilib

Episentri Kahramanmaraşda olan 7,7 və 7,6 bal gücündə zəlzələdən sonra saat 23.00-da Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə ilə 51 yaralı İstanbula gətirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki,

Zəlzələdən zərərçəkənlər sağlamlıq qrupları və hərbçilər tərəfindən ərazidə hazır vəziyyətdə olan təcili yardım maşınlarına aparılıb. Yaralılar, Başakşehir Çam və Sakura Xəstəxanasına, Kanuni Sultan Süleyman Xəstəxanasına, Şişli Həmidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına, prof.dr.Cəmil Taşçıoğlu Şəhər Xəstəxanasına köçürülüb və burada müalicə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə