İsraildə zəlzələ oldu

Yaxın Şərqdə yeraltı təkanlar davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, növbəti zəlzələ İsraildə qeydə alınıb.

Onun episentri Qusra yaşayış məntəqəsindən 1 km aralıda yerləşib. Yeraltı təkanların gücü 4 bal olub.

Təbiət hadisəsi İsraillə yanaşı, İordaniya və Fələstində də hiss edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə