Ən çox ölüm halı qeydə alınan bölgə AÇIQLANDI

Hatayda 1647, Kahramanmaraşda 1243, Qaziantepdə 504, Şanlıurfada 127, Adanada 167, Adıyamanda 896, Malatyada 201 nəfər zəlzələ nəticəsində həlak olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, Hatayda dağıntı altından 1846 nəfər çıxarılıb.

Qeyd edək ki, son məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 5894 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə