2 gündə 435 zəlzələ baş verib

Kahramanmaraşda baş verən 7,7 ballıq zəlzələdən sonra fəlakət zonasında 435 zəlzələ baş verib. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Agentlik bildirir ki, hazırda zəlzələ zonasında 60 217 nəfər şəxsi heyət və 4 746 texniki vasitə işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə