Almaniya kansleri Ərdoğana zəng edib

Almaniya kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyip ərdoğana Ərdoğana zəng edib.

SİA APA-ya istinadən xəbər verir ki, kansler dövlət başçısına zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verib, Berlinin köməyə hazır olduğunu bildirib.

Hökumət başçısı qeyd edib ki, xilasedici heyəti ilə yanaşı zərərçəkənlərə qış geyimi də göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə