Zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən bölgə açıqlanıb

Hatayda 1647, Kahramanmaraşda 1243, Qaziantepdə 504, Şanlıurfada 127, Adanada 167, Adıyamanda 896, Malatyada 201 nəfər zəlzələ nəticəsində həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. O qeyd edib ki, Hatayda dağıntı altından 1846 nəfər çıxarılıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə