Xilasedicilərimiz 11 nəfəri dağıntılar altından sağ çıxarıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

SİA-nın əldə etdiyi məlumata görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 11 nəfəri sağ, 20 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə