Rusiyada binada partlayış nəticəsində 5 nəfər həlak olub

Rusiyanın Tula vilayətinin Yefremov şəhərində binanın bir girişinin uçması nəticəsində 5 nəfər həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə beşmərtəbəli binanın mənzillərindən birində qaz sızması ilə əlaqədar yaranan partlayış nəticəsində baş verib.

Binanın 8 mənzili tamamilə dağılıb.

Hadisə yerində xilasedicilər işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə