“Qərb diz çökəcək və Rusiya ilə əməkdaşlıq etməli olacaq”

Ukraynada xüsusi hərbi əməliyyat (SVO) ilin sonuna qədər başa çatacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir proqnozu Çeçenistan rəhbəri Ramzan Kadırov regional xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevə müsahibəsində səsləndirib.

...Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatı 2023-cü ilin sonuna qədər Rusiyanın tam qələbəsi ilə başa çatacaq-deyən Kadırovun sözlərinə görə, Rusiyanın əleyhdarlarının Moskva ilə onun şərtləri əsasında münasibətlərini yeniləməkdən başqa yolu qalmayacaq.

“İlin sonuna kimi xüsusi əməliyyat başa çatacaq. Avropa dövlətləri öz hərəkətlərinin yanlışlığını tanıyacaq, Qərb diz çökəcək və həmişəki kimi Avropa dövlətləri Rusiya Federasiyası ilə bütün sahələrdə əməkdaşlıq etməli olacaqlar”.

Qeyd edək ki, bunu da Kadırov bildirib.

Xatırladaq ki, Ramzan Kadırov bir müddət bundan əvvəl satanizmlə mübarizənin bütün Avropada və ilk növbədə Polşa ərazisində davam etdirilməsinin vacibliyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə