"Kiyevə silah tədarükü Moskvanı danışıqlara sövq edəcək"

Kiyev münaqişəyə son qoymaq istəyir, lakin Moskva buna maraq göstərmir, ona görə də, yalnız Qərb silahlarının tədarükü silahlı münaqişənin dayandırılmasına və Rusiyanı danışıqlara “itələyə” kömək edə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə fevralın 7-də Almaniyanın ZDF kanalına müsahibəsində Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Kiyevə silah tədarükü Moskvanı danışıqlara sövq edəcək.

Qeyd edtdiyimiz kimi, bu fikri Ukraynanın Almaniyadakı keçmiş səfiri, hazırda isə Ukrayna XİN rəhbərinin müavini Andrey Melnik də bölüşür: “Biz artıq bu gün sülh istəyirik, lakin Putin hazır deyil, ona görə də onu buna doğru itələmək üçün silahlara ehtiyacımız var”.

Bununla yanaşı, ukraynalı diplomat iddia edir ki, indiki şəraitdə Rusiya ilə dialoqun mümkünlüyündən danışmaq mənasızdır, çünki sülh danışıqları, eləcə də rəqs etmək üçün iki tərəfdaş lazımdır.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov Moskvanın danışıqları istəməməsi ilə bağlı iddiaları saxta adlandırmışdı.

Yəqin ki, yadınızda olar: yenə də bir müddət bundan əvvəl Vladimir Zelenski Vladimir Putinin hakimiyyətdə olduğu müddətdə Kiyevin Rusiya ilə danışıqlar aparmayacağını demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə