35 saat sonra daha bir nəfər də xilas edildi

Adıyamanda zəlzələdən 35 saat sonra binanın dağıntıları altından bir nəfər xilas edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Komandalar Alitaşı Mahallesi 1302 küçəsində dağıntılar altından 15 yaşlı Mahmud Nəbi Uygülü xilas edib.

Zəlzələdən 35 saat sonra xilas edilən Uygül xəstəxanaya aparılıb.

Ata Mustafa Uygül oğlunun dağıntılar altından çıxarılmasından xoşbəxt olduğunu və xilas edilən digər oğlunun əməliyyat olunmaq üçün Ankaraya aparıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə