Təcili yardıma aparılarkən qızlardan birinin ürəyi dayandı - FOTO

Türkiyədə ana və iki qızı zəlzələdən 33 saat sonra Hatayın Ürgen Paşa vilayətində dağılmış binanın dağıntıları altından çıxarılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralılar dağıntılar altından xilas edildikdən sonra təcili yardıma aparılarkən qızlardan birinin ürəyi dayanıb.

112 Təcili Tibbi Yardım qrupları tərəfindən uzun müddət ürək masajı edilən qız yenidən həyata dönüb.

Ana və iki qızı müalicə üçün xəstəxanaya yerləşdirilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə