İranda etiraz aksiyaları davam edir

İranın Cavanrud, Kərəc, Məşhəd, Rəşt, Kərəc, Ərak, Kirmanşah, Kirman, Sənəndəc və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib. SİA xəbər verir ki, bu barədə İrana aid müxtəlif informasiya vasitələri məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyalarında “Diktatora ölüm!”, “Biz “Əzab ongünlüyü”nün hökumət təbliğat pankartlarını cıracağıq və ya yandıracağıq!”, “Əzab ongünlüyü”nün bütün simvolları üsyanın bütün şəhidlərinin xatirəsinə məhv ediləcək!” və başqa şüarlar səsləndirilib.

Məlumata görə, Sənəndəc şəhərində etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma da yaranıb.

Tehranın Narmək rayonunda etirazçılar səhər saatlarında evlərinin eyvanlarından və damından "Xameneiyə ölüm!” şüarı söyləyiblər.

Ölkə paytaxtın müxtəlif məhəllələri ötən gecə etirazçılar anti-hökumət şüarları veriblər: "Yoldaşlarımızın qanına and olsun, sonadək dayanacayıq!", “Xameneiyə ölüm, Xomeyniyə lənət!”, “Diktatora ölüm!”.

İran məktəblərində şagirdlər Xamenei və Xomeyninin şəkli olan bayraqları etiraz əlaməti olaraq yandırıblar. Ölkənin Əhvaz şəhərinin Çəmran universtetində tələbələr hökumətinə sözçüsünə etiraz olaraq “Sozçü, rədd ol, sözçü, rəddol!” şüarları səsləndiriblər.

Qeyd edək ki, İranda baş vermiş inqilabdan 10 gün əvvəl, fevralın 1-dən İranda “Fəcr ongünlüyü“ (“Əzab ongünlüyü”) keçirilir. tehran rejimi bunu “Fəcr” surəsi ilə bağlı hadisə ilə eyniləşdirməyə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə