Ukrayna və İran prezidentləri Ərdoğana zəng ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski və İran Prezidenti İbrahim Rəisi türkiyəli həmkarları Rəcəb Tayyib Ərdoğana zəng ediblər. SİA xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, onlar Türkiyədəki zəlzələdə həlak olmuş şəxslərlə bağlı Ərdoğana başsağlığı veriblər.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm, eyni zamanda zəlzələnin dağıntıya məruz qoyduğu 10 vilayətdə üç ay müddətində qüvvədə olacaq fövqəladə vəziyyət elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə