Türkiyənin 3 vilayətinə avtomobillərin girişi qadağan edilib

Türkiyənin 3 vilayətinə avtomobillərin girişi qadağan edilib

Türkiyənin 3 vilayətinə avtomobillərin girişi qadağan edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti açıqlayıb.

Bildirilib ki, Hatay, Kahramanmaraş və Adıyamana yerli vaxtla saat 11.00-dan etibarən 48 saat müddətinə nəqliyyat vasitələrinin daxil olması dayandırılıb.

Təbii fəlakətlə bağlı ləvazimatların nəql olunmasını həyata keçirən maşınlar isə istisna təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə