“ABŞ istənilən zaman münaqişə zonası yarada bilir” - DEPUTAT DANIŞDI
“ABŞ ilə Çin arasındakı münasibətlər get-gedə gərginləşir. Dünyanın iki nəhəng dövləti arasında müəyyən məsələlərlə bağlı gərginlik hökm sürür. Burada iqtisadi, hərbi məsələlərlə yanaşı, Tayvan məsələsi də mühüm rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.
Onun sözlərinə görə, elə bir zamandayıq ki, dünyanın siyasi xəritəsinin yenidən formalaşması üçün dünyada enerji məsələsinə nəzarət prosesində bu iki dövlət arasında çox ciddi rəqabət var: “Bu cür səbəblərdən də gərginlik artan xətt üzrə davam edir. Lakin proseslərin müharibəyə səbəb olacağını hesab etmirəm. Birbaşa öz aralarında müharibə etməsələr də, ABŞ onsuz da maraq dairəsində olan ərazilərdə istənilən zaman münaqişə zonası yarada bilir.
Ümumiyyətlə bu iki nəhəng dövlət arasında müharibənin başlanması arzuolunan deyil. Çünki bu müharibə dünyanın bütün ölkələrinin iqtisadiyyatına təsir edəcək. Təbii ki, gedişat proseslərin hansı istiqamətdə davam edəcəyini göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB